05 İyun 2025, 10:10
FUTBOL
"Sportinq"in futbolçusu Ceni Katamu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "O Jogo" nəşri məlumat yayıb.
"Aston Villa" mozambikli vingeri transfer etmək istəyir. İngiltərə təmsilçisi 24 yaşlı futbolçu üçün klubunun tələb etdiyi 30 milyon avronu ödəməyə hazırdır.
Qeyd edək ki, Ceni Katamu başa çatan mövsümdə "Sportinq"in heyətində keçirdiyi 48 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.