Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınan "Qarabağ" – "Səbail" oyunu meydan sahiblərinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsinə iki qolla töhfə verən hücumçunun rəqib qapısından keçirdiyi ilk top yubiley xarakteri daşıyıb. Bu, forvardın Azərbaycan çempionatlarında 50-ci qolu olub.
 
Dünənki matçadək 49 dəfə fərqlənən Emreli ikinci qolu ilə bu rəqəmi 51-ə çatdırıb. O, bütün qollarını "Qarabağ"da vurub. Mahir Premyer Liqada 130 görüş keçirib. Millimizin üzvünün orta məhsuldarlığı 0,39-a bərabərdir.
 
İlk qolunu 2015/16 mövsümündə vuran hücumçu 2015-ci il avqustun 23-də AZAL-la səfər qarşılaşmasında (2:0) qol hesabını açıb. O, həmin çempionatı 7 qolla tamamlayıb. 2016/17 mövsümündə 3, 2017/18 mövsümündə 8, 2018/19 mövsümündə 16, 2019/20 mövsümündə 7 dəfə fərqlənən futbolçu cari çempionatda 10 dəfə rəqib qapısına yol tapıb.
 
Emreli Azərbaycan çempionatlarının 29 illik tarixində 50 və daha çox qol vuran 37-ci futbolçu olub. 51-ci dəfə fərqlənməklə Mehman Baxışov, Viktor İqbekoyi, Vüqar Qəmbərov və Yalçın Bağırovu keçən forvard bombardirlər cədvəlində Həsən Abdullayevlə 32-33-cü yerləri bölüşür.
 
Qeyd edək ki, siyahıya 183 qola malik Nazim Əliyev başçılıq edir.
 
Azərbaycan çempionatlarında 50 və daha çox qol vuranlar
 
1. Nazim Əliyev - 183
 
2. Müşfiq Hüseynov - 125
 
3. Rövşən Əhmədov - 116
 
4. Qurban Qurbanov - 115
 
5. Samir Ələkbərov - 115
 
6. Alay Bəhramov - 108
 
7. Nadir Nəbiyev - 103
 
8. Xaqani Məmmədov - 102
 
9. Vadim Vasilyev - 102
 
10. Kənan Kərimov - 101
 
11. Musa Qurbanov - 94
 
12. Fazil Pərvərov - 89
 
13. Samir Musayev - 88
 
14. Fərrux İsmayılov - 85
 
15. İmamyar Süleymanov - 85
 
16. Samir Əliyev - 84
 
17. İsmayıl Məmmədov - 76
 
18. İlham Məmmədov - 74
 
19. Azər İsayev - 73
 
20. Paşa Əliyev - 72
 
21. Badri Kvaratsxeliya - 71
 
22. Zaur Ramazanov - 70
 
23. Yunis Hüseynov - 66
 
24. Mahir Əliyev - 65
 
25. Vidadi Rzayev - 65
 
26. Georgi Adamiya - 61
 
27. Mahmud Qurbanov - 61
 
28. Ramiz Məmmədov - 61
 
29. Rauf Əliyev - 61
 
30. Rəşad Abdullayev - 58
 
31. Vaqif Cavadov - 53
 
32. Həsən Abdullayev – 51
 
33. Mahir Emreli - 51
 
34. Mehman Baxışov - 50
 
35. Viktor İqbekoyi - 50
 
36. Vüqar Qəmbərov - 50
 
37. Yalçın Bağırov - 50

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest