Dortmund "Borussiya"sının futbolçusu Yulian Vayql klubunu dəyişməyə qərar verib. Matç.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin əsas heyətə düşməkdə çətinlik çəkməsidi.

Oyun praktikası sarıdan korluq çəkən Vayql artıq qışda klubunu dəyişmək istəyir. PSJ-nin maraq dairəsində olan orta sahə oyunçusunun məhz Fransa nəhənginə keçəcəyi daha inandırıcı görünür. çünki parislilərin baş məşqçisi Tomas Tuxel "Borussiya"da işlədiyi vaxtdan Vayqlın potensualına bələddi.

Qeyd edək ki, Yulianın dortmundlularla müqaviləsi 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest