Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matç.az xəbər verir ki, 2018-ci ilin son yığıncağında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.

"Sumqayıt" – "Neftçi" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

Oyunun 85-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün "Sumqayıt"ı azlıqda qoyan Arif Daşdəmirov 1 matç cəzalanıb. Klub isə 200 manat cərimə ödəyəcək.

"Sabah" – "Qəbələ" qarşılaşmasında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat ziyana düşüb.

Matçın 83-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Sabah"ın futbolçusu Erik Ramos 1 oyun cəzalanıb, klubunu 200 manat xərcə salıb.

"Keşlə" – "Qarabağ" görüşündə qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ödəməli olacaq.

Oyunun 89-cu dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Qarabağ"ın futbolçusu Yakub Jezniçak 1 matçlıq cəzalanıb, ağdamlılar 200 manat cərimələnib.

Qarşılaşma başa çatdıqdan sonra "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub daha 800 manat ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest