AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclası baş tutmayan oyunlarla bağlı qərarlar çıxarıb. Matç.az xəbər verir ki, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının "Liman" – "Yasamal" FK qarşılaşması da müzakirə olunub.

Görüşə gəlməyən "Liman" matçda iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilib. Nəticədə yasamallılar mövsümdə 4-cü qələbəsi hesabına mövqeyini möhkəmlədib.

1

EKOL

12

9

2

1

99-28

29

2

Araz

12

8

3

1

98-29

27

3

Neftçi İK

12

9

0

3

64-33

27

4

Xəzər Cənub

12

6

2

4

120-43

20

5

Yasamal FK

12

4

1

7

70-56

13

6

Liman

12

2

0

10

37-131

6

7

Yasamal İSK

12

0

0

12

36-204

0

 

Komitə digər turnirlərdə baş tutmayan görüşlərə də hüquqi qiymət verib. U-14 Liqasının "Zirə" – "Xəzri" matçında iştirak etməyən qonaqlar 0:3 hesablı texniki məğlubiyyət alıb. U-10 Liqasının "Gəncə TİM" – TİM (Gəncə) oyununda iştirak etməyən qonaqlar eyni taleyi yaşayıb.

Qızlar arasında Yüksək Liqanın "Fidan" – 8 â„–-li İOEUGİM matçında iştirak etməyən  meydan sahiblərinə də 0:3 hesablı texniki məğlubiyyət verilib. Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının "Baker Hughes" – "Təbriz" oyununda nominal meydan sahibləri eyni səbəbdən, amma 0:5 hesablı yenilgi alıb. Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının "Abşeron" FK – "Metropoliten" matçında nominal meydan sahibləri iştirak etmədiyindən eyni aqibətlə üzləşib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest