AFFA-nın bayrağı altında keçirilən turnirlərdə intizamsızlığa yol verən futbolçuların cəzaları bəlli olub. Matç.az saytı xəbər verir ki, əsasən hakimi və ya rəqibi təhqir edənlər ağır cəza alıblar.
Region Liqasının, "Uğur"la matçının 39-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldan "Şıxlar"ın futbolçusu Vüsal Rzazadə 3 oyun cəzalanıb.
Gənclər Liqasının "Qarabağ"la oyununun 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan "Zirə"nin futbolçusu Hüseyn Əhmədovun cəzası daha ağır olub. O, 4 turu buraxacaq.
U-15 Liqasının "Xilə" ilə görüşündə baş verənlərə "Sabah"ın məşqçiləri cəzalanıb. 45-ci dəqiqədə texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılan baş məşqçisi Namiq Allahverdiyev 1 oyun kənarlaşdırııb. 10 dəqiqə sonra onun köməkçisi Şahin Zeynalov hakimi təhqir edib ki, buna görə 4 oyun cəzalanıb.
U-12 Liqasının "Junior"la görüşündə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan "Keşlə"nin məşqçisi Xəyyam Bəkirov 3 matçlıq diskvalifikasiyaya məruz qalıb.
U-10 Liqasının "Sabah"la matçında "Stars United"in məşqçisi Vaqif Hidayətov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. O, 3 turluq cəza alıb.
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının EKOL-la qarşılaşmasında "Araz"ın oyunçusu Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. Bu üzdən futzalçı 4 oyunluq cəza alıb.