İtaliyanın "Milan" klubu UEFA-nın verdiyi cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Matç.az xəbər verir ki, milanlılar maliyyə feyr-pleyinə görə verilən cəzadan şikayətçidi.

A seriyası təmsilçisi tətbiq olunan cəzanın həddən artıq ağır olduğundan narazıdı. İtaliyalılar bunun ləğvinə və ya yüngülləşdirilməsinə nail olacaqlarına ümid edir.

Qeyd edək ki, Milan 12 milyon avro cərimələnib. Həmçinin klubun avrokubok sifarişi məhdudlaşdırılıb və 2021-ci ilə qədər maliyyə feyr-pleyindəki çatışmazlıqları aradan qaldırmaq tapşırılıb. Əks halda isə milanlıları daha ağır cəza – diskvalifikasiya gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest