Fransanın PSJ klubu İngiltərə "Uotford"unda çıxış edən Abdulay Dukureni heyətinə qatmaq niyyətindədi. Matç.az xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün 30 milyon funt sterlinq təklif edib.

Lakin "Uotford" rəhbərliyi digər müştərilərin də təkliflərini nəzərdən keçirir. Belə ki, fransalı futbolçuya "Everton"da göz dikib.

Qeyd edək ki, Dukure 4 ay öncə klubu ilə 5 illik müqaviləyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest