"Monako" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədi. Matç.az xəbər verir ki, Fransa Liqa1-də uğursuz çıxış edən "Knyazlıq klubu" Xorvatiya millisinin futbolçusu Domaqoy Vidaya elçi düşüb.

Monakolular Türkiyə "Beşiktaş"ında çıxış edən müdafiəçi üçün 8 milyon avro verməyə hazırdı. Lakin 29 yaşlı futbolçuya təkcə Tyerri Anrinin baş məşqçisi olduğu komanda iddia etmır.

Qeyd edək ki, Vidanı İngiltərə klubları "Everton", "Vest Hem" və "Fulhem"də heyətində görmək istəyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest