İngiltərə "Arsenal"ının futbolçusu Aaron Remsini heyətində görmək istəyən klubların sayı artıb. Matç.az xəbər verir ki, Almaniya "Bavariya"sı da yarımmüdafiəçinin xidmətində maraqlıdı.

Münhen təmsilçisi 2019-cu ilin yayında azad agent statusu alacaq uelsli ilə orta sahəni gücləndirmək fikrindədi. Düzdü, İtaliya "Yuventus"u Remsi ilə ilkin razılıq əldə edib. Amma "Bavariya" uelslinin fikrini dəyişdirə biləcəklərinə əmindi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest