İtaliya "İnter"inin futbolçusu Raca Naynqolan qış transfer pəncərəsində klubunu dəyişə bilər. Matç.az saytının məlumatına görə, 30 yaşlı belçikalı yarımmüdafiəçinin xidmətində bir neçə çin klubu maraqlıdı.

Milan təmsilçisi bir neçə gün əvvəl futbolçunu oyunlarda iştirakdan kənarlaşdırmaqla bağlı qərar verib. Buna səbəb onun yatıb qalması və səhər məşqinə çatmamasıdı.

Qeyd edək ki, bu ilin yayında "İnter"ə keçən Naynqolan 15 matçda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest