Kata üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub.
 
Matc.az xəbər verir ki, para-karate və 14-15 yaşlı kata seçmə komandalarının hazırlanması işlərinə təcrübəli idmançılar cəlb edilib.
 
Bundan sonra böyüklərdən ibarət kata milli komandasının üzvləri İsmayıl Quliyev para-karate üzrə, Tural Balcanlı isə 14-15 yaşlı yeniyetmələrin fərdi kata çıxışları üzrə köməkçi məşqçi işləyəcək.
 
Xatırladaq ki, kata komandalarının baş məşqçisi Vahid Ayvazov, böyük məşqçisi Vüqar Kərimov, məşqçisi isə Anar Əhmədovdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest