21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Məhəmməd Mustafa Yıldırım özünə yeni komanda tapıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Məhəmməd Mustafa Yıldırım özünə yeni komanda tapıb.
 
Matc.az xəbər verir ki, "Alanyaspor"dan ayrılan 19 yaşlı hücumçu "İstanbulspor"a keçib.
 
Bu barədə onun yeni klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 4.5 illik müqaviləyə imza atıblar.
 
Qeyd edək ki, "İstanbulspor" TFF 1-ci liqada mübarizə aparır. Cari mövsümdə keçirdiyi 19 oyunda 40 xal toplamış komanda liderdən cəmi 1 xal geridə qalmaqla 2-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest