"Açıq Əyləncəli Futbol Məktəbi" layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib. Matç.az xəbər verir ki, tədbiri AFFA və Sabirabad rayon İcra Hakimiyyəti birgə təşkil edib.

Sabirabad Olimpiya İdman Kompleksində baş tutan layihəsə AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, millət vəkili Rauf Əliyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, millət vəkilləri Elçin Quliyev, İlham Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.

Qeyd edək ki, 12 ildir təşkil olunan və 25 mindən artıq uşağın yararlandığı layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, onların təqdimatında müxtəlif idman hərəkətləri izlənilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest