"Arsenal" qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək niyyətindədi. Matç.az xəbər verir ki, İngiltərə təmsilçisi 23 yaşlı Fernando Kaleronu heyətinə qatmağa qərar verib.

İspaniya "Valyadolid"inin 23 yaşlı mərkəz müdafiəçi londonluların transfer siyahısının ön sıralarındadı. O, artıq gələn ay "topçular"a qoşula bilər.

Qeyd edək ki, Kalero cari mövsümdə 17 oyun keçirib. Onun indiki klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest