"Liverpul" "Zalsburq"un hücumçusu Moanes Daburu heyətinə qatmaq fikrindədi. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar" Avstriya klubunun heyətində parlaq çıxışla yadda qalan İsrail millisinin üzvü üçün danışıq aparıb.

Lakin bu hal komandanın lideri Məhəmməd Salahın ürəyincə deyil. Misirli futbolçu Daburun transferi baş tutarsa, klubu tərk edəcəyi ilə bağlı rəhbərliyi xəbərdar edib. O, ərəb əsilli oyunçunun transferinə qəti şəkildə qarşıdı. Bunu nəzərə alan "Liverpul" "Leypsiq"in forvardı Timo Vernerlə maraqlanmağa başlayıb. Premyer Liqa təmsilçisi yeni hücumçu transferinə yer açmaq üçün Daniel Starric və Divok Oriqini satmağa hazırdı.

Qeyd edək ki, Moanes Dabur bu mövsüm 30 matçda 20 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest