Kosta-Rika millisinin qapıçısı Keylor Navas klubunu dəyişməyə yaxındı. Matç.az xəbər verir ki, İspaniya "Real"ının qolkiperi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Belə ki, "Arsenal" futbolçunu heyətinə qatmaq niyyətindədi. Londonlular Navasa görə "Real"a 12 milyon avro təklif edib.

"Topçular" bu keçidi 2019-cu ilin yayına planlaşdırır. Transfer baş tutsa, klub rəhbərliyi Peter çexi göndərib, Bernd Lenonu saxlayacaq.

Qeyd edək ki, Navas cari mövsüm "Real"da cəmi 8 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest