Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun ilk oyun günündə keçiriləcək qarşılaşmalar üçün bütün təyinatlar açıqlanıb.
 
Matc.az xəbər verir ki, "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək turun mərkəzi görüşü yeni beynəlxalq dərəcəli hakim Elçin Məsiyevə həvalə olunub.
 
Təcrübəli FİFA referisi Əliyar Ağayev isə Azərbaycan derbisində dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 
"Sumqayıt" – "Səbail" matçını isə Vüqar Həsənlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
 
Azərbaycan Premyer Liqası
15-ci tur
13 fevral
 
16:00. "Sumqayıt" – "Səbail"
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Sumqayıt, "Kapital Bank Arena".
 
18:30. "Qarabağ" – "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kərim Ağayev.
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest