İspaniya Primerasında növbəti istefa gerçəkləşib. Matç.az xəbər verir ki, "Real-Sosyedad" baş məşqçisi Asyer Qaritanonu istefaya göndərib.

Mayın 24-də bu vəzifəyə təyin olunan 49 yaşlı mütəxəssisin müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulsa da, postunda 7 ay qala bilib. Bu istefaya hazırda 15-ci yerdə qərarlaşan komandanın uğursuz nəticələri səbəb olub.

Qeyd edək ki, baş məşqçi vəzifəsinin icrası onun köməkçisi İmanol Alquasilə tapşırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest