"Liverpul" İngiltərə Premyer Liqasının I dövrəsinin qalibi olub. Matç.az xəbər verir ki, bu gün keçirilən XIX turda "Nyukasl"ı 4:0 hesabı ilə məğlub edən mersisasydlılar ilk yarını 51 xalla tamamlayıb.

Yurgen Kloppun yetirmələri ikinci sıradakı "Tottenhem"dən 6 xal öndədi. Bu, komandanın tarixində yeni rekorddu. "Liverpul" Premyer Liqa tarixində heç vaxt ilk dövrəni belə böyük üstünlüklə başa vurmamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest