"Yuventus"un A seriyasındakı qələbə seriyası qırılıb. Matç.az xəbər verir ki, ardıcıl 8 qələbə qazanan Turin təmsilçisi XVIII turun "Atalanta" ilə görüşündə xal itirib.

Massimiliano Alleqrinin yetirmələri Berqamoda bərabərliklə kifayətlənib – 2:2. Bu itkiyə baxmayaraq 18 oyunda 50 xal toplayan "ağ-qaralar" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Turinlilər 16 qələbə qazanıb və 2 dəfə heç-heçə edib. Maraqlıdı ki, hər iki heç-heçə ardıcıl 8 qələbədən sonra yaşanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest