Bu oyunda 3:0 hesabı ilə qalib gələn "Sumqayıt" Premyer Liqada 50-ci ev qələbəsini əldə edib. "Gənclik şəhəri" təmsilçisi buna öz meydanında keçirdiyi 144-cü matçda nail olub. "100"ü yarılayan sumqayıtlıların digər ev görüşlərində 36 heç-heçə və 58 məğlubiyyət qeydə alınıb.

"Sumqayıt"ın futbolçusu Sənan Ağayev mövsümün rekorduna imza atıb.
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, cari çempionatda Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub.
 
2004-cü il iyunun 16-da anadan olan yarımmüdafiəçi "Səbail"lə ev matçının 90+2-ci dəqiqəsində debüt şansı qazanıb. O, 16 yaş 242 günlüyündə Premyer Liqada ilk qarşılaşmasını keçirib. Sənana qədər mövsümün rekordu Cəlal Hüseynova məxsus idi. "Zirə"nin müdafiəçisi 17 yaş 297 günlüyündə meydana çıxmışdı.
 
Bu oyunda 3:0 hesabı ilə qalib gələn "Sumqayıt" Premyer Liqada 50-ci ev qələbəsini əldə edib. "Gənclik şəhəri" təmsilçisi buna öz meydanında keçirdiyi 144-cü matçda nail olub. "100"ü yarılayan sumqayıtlıların digər ev görüşlərində 36 heç-heçə və 58 məğlubiyyət qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest