Belçika millisinin futbolçusu Eden Azar "çelsi"də 100-cü qolunu vurub. Matç.az xəbər verir ki, İngiltərə Premyer Liqasının "Uotford"la davam edən görüşündə fərqlənən yarımmüdafiəçi London klubunun tarixində 100 və daha çox qol vuran 10-cu futbolçu olub.

Bu göstəricidə rekordçu isə Frenk Lemparddı. O, 211 qola sevinib.

Qeyd edək ki, "Uotford" – "çelsi" oyununda ilk 45 dəqiqədən sonra hesab 1:1-di.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest