Futbol üzrə Fransa çempionatında 11-ci turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, günün yeganə matçında Marsel "Olimpik"i doğma meydanda "Nitsa" ilə üz-üzə gəlib.
 
Beş qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.
 
Bu qələbə sayəsində xal sayını 37-yə çatdıran Marsel klubu 6-cı pillədə qərarlaşıb. "Nitsa" isə 29 xalla 14-cü sırada qalıb.
 
Fransa, Liqa 1
11-ci turun oyunu
17 fevral
 
Olimpik (Marsel) – Nitsa 3:2
Qol: Alvaro, 14. Kaui, 42; 53 – Quiri, 47. Selluki, 87.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest