FİFA milli komandaların 2021-ci il üzrə ilk reytinq cədvəlini açıqlayıb.
 
Matc.az xəbər verir ki, yeni siyahıda Azərbaycan milli komandasının mövqeyi dəyişib.
 
Canni De Byazinin rəhbərlik etdiyi komanda bir pillə irəliləyib və hazırda 1180 xalla 108-ci sıradadır.
 
Yığmamızın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1662 xalla 5-ci, 1492 xalı olan Serbiya 30-cu, 1456 xala malik İrlandiya isə 42-cidir. Lüksemburq seçməsi də 1235 xalla digər rəqiblər kmi mövqeyini qoruyub və 98-ci pillədə qalıb.
 
Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür. 
 
1487 xala malik Türkiyə millisinin də mövqeyi dəyişməz qalıb. Qardaş ölkə təmsilçisi 32-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest