Futbol üzrə Türkiyə milli komandasının sabiq qapıçısı özcan Arkoç vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Keçmiş futbolçu 81 yaşında Almaniyada dünyasını dəyişib.
 
Arkoç Türkiyədə "Fənərbaxça", "Beşiktaş", Avstriyada "Austria", Almaniyada "Hamburq"da çıxış edib. Mərhum qapıçı Türkiyə yığmasında 28 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest