"Bu yolda bizə heç nə mane olmamalıdır. Bilirik ki, rəqib meydana güclü müdafiə xətti ilə çıxacaq. Ot örtüyü isə sünidir. Çətin olacaq, amma qalib gəlməliyik. Final mərhələsinə vəsiqə üçün yaxşı imkanımız var"

Qadınlardan ibarət İspaniya millisinin baş məşqçisi Xorxe Vilda bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, 40 yaşlı mütəxəssis millimizin müdafiədə inamlı təsir bağışladığını vurğulayıb:
 
"Rəqibimiz müdafiə olunmağa öyrəşmiş komandadır və hər oyunda bunu daha çox etməyə çalışır. Əla qapıçıya malik komandadır. Aytac Şərifova artıq ilk oyunda öz bacarığını nümyiş etdirib. Onlar ultramüdafiə sistemi vasitəsilə qapanırlar. Bizi gözləyən təhlükəni yaxşı bilirik. Ona görə də matça yaxşı başlamaq istəyirik. Elə oynamalıyıq ki, bütün İspaniya bizimlə fəxr etsin".
 
İspan baş məşqçi bu görüşün final xarakteri daşıdığını vurğulayıb:"Qrupda rəqabət böyükdür. Azərbaycanla matç bizim üçün finala bərabərdir. Qarşılaşmanın nəticəsi bizi birbaşa final mərhələsinə yüksəldə bilər. Bu, bizim arzumuzdur".
 
Vildanın fikrincə, hava şəraiti komandasının oyununa heç bir təsir göstərməyəcək: "Təcrübə də göstərir ki, futbolçularım bunun öhdəsindən gələcək və qələbə üçün meydandə ən yaxşısını edəcəklər".
 
İspaniya yığmasının yarımmüdafiəçisi Aleksiya Putelyas isə söyləyib ki, Bakıdakı hazırkı hava şəraiti futbol oynamaq üçün elə də əlverişli deyil. Lakin o, çətinlikləri dəf etmək və həlledici mərhələyə çıxmaq istədiklərini vurğulayıb: "Bu yolda bizə heç nə mane olmamalıdır. Bilirik ki, rəqib meydana güclü müdafiə xətti ilə çıxacaq. Ot örtüyü isə sünidir. çətin olacaq, amma qalib gəlməliyik. Final mərhələsinə vəsiqə üçün yaxşı imkanımız var".
 
Qeyd edək ki, "ASK Arena"da keçiiləcək Azərbaycan - İspaniya matçına saat 20:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest