Almaniya çempionu "Bavariya"nın futbolçusu Benjamin Pavar koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə fransız müdafiəçinin COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Pavar karantinə alınıb. Onun səhhətinin yaxşı olduğu bildirilir.
 
"Bavariya"da daha əvvəl Tomas Müllerdə koronavirus aşkarlandığı açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest