"Yuventus"un müdafiəçisi Corco Kyellini zədələnib.
 
Matc.az xəbər verir ki, 37 yaşlı futbolçu ötən gecə çempionlar Liqasının 1/8 finalında "Porto" ilə səfər matçında (1:2) sıradan çıxıb.
 
O, oyuna davam edə bilməyib və 35-ci dəqiqədə Merih Demiralla əvəzlənib.
 
İtaliyalı futbolçunun təxminən 2 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
 
Qeyd edək ki, Kyellini bu mövsüm 15 matça çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest