İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir. Matc.az xəbər verir ki, yarışa Davud Məmmədsoyun sayəsində 1 qızıl medalla başlayan Azərbaycan yığmasının daha üç üzvü bu gün tatami üzərinə çıxıb. Bunlar  Telman Vəliyev, Hidayət Heydərov, Zelim Tskayev idi

Kişilər
73 kq

Telman Vəliyevin 1/16 finalda rəqibi Likas Rayter (Avstriya) idi. Amma idmançımızdan götürülən sonuncu COVİD-19 testinin cavabı pozitiv çıxdığı üçün yarışlardan kənarlaşdırılıb.  

81 kq

Mübarizəyə 1/16 finaldan başlayan Zelim Tskayev Ben Haroçla (İsrail) dueldən qalib ayrılsa da, növbəti cəhdində Monqolustan idmançısına uduzub.

Hidayət Heydərov isə 1/8 finalda Marsel çerçea (Rumıniya) ilə üz-üzə gəlib və rəqibini ippona salıb. O, yarımfinala çıxmaq üçün niderlandlı  De Frankı məğluv etməliydi. Lakin bu rəqibinə uduzan Hidayət mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, yarışa fevralın 20-də yekun vurulacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest