19 Fevral 2021, 11:27
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan cüdoçusu Telman Vəliyev Təl-Əvivdə keçirilən "Böyük dəbilqə" turnirinə buraxılmayıb. Matc.az saytı xəbər verir ki, buna səbəb idmançımızdan götürülən COVİD-19 testinin müsbət nəticə verməsidi.
Belə ki, həm Bakıdan İstanbula, həm İstanbuldan Təl-Əvivə gedərkən idmançılarımızın hamısından götürülən testin cavabı neqativ olub. Amma yarışdan öncə götürülən üçüncü testdən sonra Vəliyevin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən onu "Böyük dəbilqə"yə iştirakına qadağa qoyulub.
Qeyd edək ki, Telman yarışın 1/16 final mərhələsindən mübarizəyə başlamalı idi.