Sərbəst güləş üzrə Azərbaycan yığması Mahaçqalada təlim-məşq toplanışını davam etdirir.
 
Matc.az xəbər verir ki, fevralın 8-dən Dağıstan komandasıyla birgə toplanış keçən millimiz həm fiziki, həm də taktiki-texniki hazırlığın yüksəldilməsi üzərində çalışır.
 
Birgə təlim-məşq toplanışı fevralın 25-dək davam edəcək. Toplanış martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
 
Millimizin hazırlığında Əfqan Xaşalov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) iştirak edir. Onlar baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında hazırlıq keçirlər.
 
Yığma komandanın digər üzvləri isə məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda məşqləri davam etdirir.
 
Qeyd edək ki, sərbəst güləşçilərimizin bir qismi fevralın 26-dan 28-dək Kiyevdə keçiriləcək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində iştirak edəcək.
 
Bu yarışdan sonra isə Avropa Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesi martın 1-dən 14-dək Bakıda – Olimpiya Güləş Mərkəzində baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest