Avropa Cüdo Birliyi (EJU) Azərbaycan cüdoçuları Elmar Qasımov və Zelim Ketsoyevdən bəhs edib. Matc.az xəbər verir ki, EJU 100 kq çəki dərəcəsində çıxış edən idmançıların performansına toxunub, Yay Olimpiya Oyunlarına hansının yollana biləcəyini araşdırıb:

"Azərbaycan əsasən böyük kişi cüdoçuları olan və beynəlxalq arenada yüksələn ölkədi. İndiyədək 73 kq çəki dərəcəsində Rüstəm Orucovla Hidayət Heydərov arasında gərgin rəqabəti görməyi vərdiş etmişik. Amma indi əsas rəqabət  100 kq çəkidə ukraynalı legioner Zelim Ketsoyev və komanda yoldaşı Elmar Qasımov arasındadır. Ketsoyev 2016-cı ilin yayında ilk IJF medalını, Ulan Bator "Qran Pri"sində qızıl qazanmaqla rezonansa səbəb oldu. Zelimdən 8 yaş böyük Qasımov isə Rio Olimpiadasında gümüş medala sahib çıxdı".

Həmkarlarımızın fikrincə, Tokio Olimpidası ərəfəsində çox şey dəyişə bilər: "Ketsoyev 2019-cu ildə üç "Böyük dəbilqə" medalı və bir "Qran Pri" gümüşü ilə özünü sübut etdi. Pandemiya səbəbindən Düsseldorf "Böyük dəbilqə"sindəki bürüncünün ardından medal qazanmasında fasilə yarandı. Qasımova gəlincə, onun haqda hələ yaza bilmərik. Düzdü, Olimpiada, dünya və çoxsaylı Avropa çempionatında on ildir güclü rəqibdir. Amma ötən həftə Təl-Əvivdə keçirilən "Böyük dəbilqə"də ciddi nə iləsə yadda qalmadı. Amma Zelim təsəlliverici görüşdə bürünc medal yarışına çıxsa da, podiuma çıxmaq üçün uğursuz oldu".

Bu nəticələrlə belə, hələ Olimpiya Oyunlarına kimin yollanacağı bəlli deyil. Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib ki, federasiya tərəfindən xüsusi olaraq qərar verilməyəcək: "Federasiya yalnız yarışlardakı fərdi performansına əsaslanacaq. Qərar Avropa çempionatından sonra veriləcək və Olimpiya Oyunlarına kim gedəcəksə, Budapeştdə keçiriləcək dünya çempionatına qatılmayacaq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest