23 Fevral 2021, 19:36
DÖYÜŞ NÖVLƏRİ
Dünya çimərlik Oyunlarının güləş yarışlarında iki çəkidə medalçılar dəyişib.
Matc.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ümumdünya Antidopinq Agentliyi (WADA) 2019-cu ilin oktyabrında Qətərin paytaxtı Dohada keçirilmiş ilk Dünya çimərlik Oyunlarının güləş yarışlarında qadınlarda 50 kq-da, kişilərdə isə +90 kq-da çıxış edən idmançılardan birinin dopinq testinin müsbət çıxdığını elan edib.
Yasaq preparatdan istifadə etdiyi aşkarlanan iranlı Puya Rəhmani qazandığı qızıl medaldan məhrum olub. Nəticədə ən ağır çəkidə növbəti yerləri tutanlar müvafiq olaraq bir pillə yüksəlib. Beləliklə, Ufuk Yılmaz (Türkiyə) qızıl, Mamuka Kordzaya (Gürcüstan) gümüş, Oyan Nəzəriani isə bürünc medalçı elan olunub.
Hazırda çimərlik güləşi üzrə Azərbaycan millisinə başçılıq edən Nəzəriani yarımfinalda dopinqdən istifadə edən Rəhmaniyə məğlub olmuşdu.
Bununla da ilk Dünya çimərlik Oyunlarında Azərbaycan güləşçilərinin qazandığı medalların sayı üçə çatıb.
Qeyd edək ki, Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) Dohada gümüş medal qazanıb.