26 Fevral 2021, 13:24
MPL
Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun "Keşlə" ilə oyunu (1:1) "Sabah"ın iki oyunçusu - Zurab Oçiqava və Tiemoko Fofana üçün əlamətdar olub.
Matc.az xəbər verir ki, start heyətində yer alan və 90 dəqiqə meydanda olan Zurab "Sabah"da ilk oyununu keçirib.
Qarşılaşmanın 90+1-ci dəqiqəsində komandasının bərabərlik qoluna imza atan Fofana isə "Sabah"da qol hesabını açıb.
Fil Dişi Sahilindən olan forvard buna Premyer Liqadakı 4-cü oyununda nail olub. 21 yaşlı hücumçu Premyer Liqada "Sabah"ın heyətində qol vuran 25-ci futbolçudur.
Yüksək liqada "Sabah"ın heyətində ən çox qol vuran futbolçu isə Marko Deviçdir (9 qol).