özbəkistanın paytaxtı Daşkənddə təşkil edilən cüdo üzrə "Böyük dəbilqə" turniri başa çatıb. Matc.az xəbər verir ki, 71 ölkə idmançısının qatılığı yarışda bu gün son mükafatçılar bəlli olub. Yarışa 12 cüdoçu ilə yollanan yığmamızın heyətində Ayişə Qurbanlı, Leyla Əliyeva, Oruc Vəlizadə, Kəramət Hüseynov, Nicat Şıxəlizadə, Orxan Səfərov, Murad Fətiyev, Hidayət Heydərov və Rüstəm Orucov çıxışlarını başa vurub və onlardan yalnız sonuncu bürünc medal qazanmağı bacarıb. Bu gün Məmmədəli Mehdiyev bürüncə sahib olub, Aslan Mirzəyev mübarizəni erkən dayandırıb. Uşangi Kokauri isə üçüncülük şansında uduzub.  Bununla, ölkəmiz yarışı 2 bürünc medalla başa vurub.

Kişilər
90 kq 

Mübarizəyə 1/16 finaldan başlayan Məmmədəli Mehdiyev Erlan Şerov (Qırğızıstan) və  Maks Stevartı (Almaniya) məğlub edərək, 1/4 finala yüksəlib.  Bu mərhələdə estoniyalı Kristofer Klen Kaljulaid üzərində qələbə qazanan həmyerlimiz yarımfinalda Dovlar Bobonova (özbəkistan) uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə özbəkistanlı rəqibindən güclü olub.. 


100 kq
Aslan Mirzəyev ilk cədhində Otgonbatar Lxagvasurenə (Monqolustan) uduzub.

+100 kq

Uşangi Kokauri 1/16 final mərhələsində Vinçenso Darko (İtaliya), ardınca  Anton Krivbakovla dueldən qalib ayrılaraq, 1/4 finala vəsiqə qazanıb. Burada finalnadiyalı  Marti Puumalayneni üstələyən Kokauri finala gedən yolda yaponiyalı Kokoro Kaguera ilə bacarmayıb. Təsəlliverici görüşə qatılan Kokauri bürünc medala uğrunda koreyalı idmançıya uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest