12 Mart 2021, 00:27
DÖYÜŞ NÖVLƏRİ
Türkiyənin İstanbul şəhərində təşkil edilən "Turkish Open" beynəlxalq turnir davam edir.
Türkiyənin İstanbul şəhərində təşkil edilən "Turkish Open" beynəlxalq turnir davam edir.
Matc.az xəbər verir ki, bu gün daha bir idmançımız fəxri kürsüdə yer alıb.
87 kq yuxarı çəki dərəcəsində mübarizəyə qoşulan Radik İsayev finala kimi irəliləsə də, həlledici döyüşdə ispan idmançıya məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Bu, komandamızın turnirdə artıq ikinci medalıdır. Belə ki, ilk yarış günündə millinin liderlərindən olan Milad Hərçəqani qızıl medal qazanmışdı.
Xatırladaq ki, böyüklər arasında yarışlar martın 12-də də davam edəcək.