Rusiyanın "Rostov" klubunun futbolçusu Vladimir Obuxov 4 il müddətinə diskvalifikasiya oluna bilər.
 
Matc.az "championat.ru" saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu antidopinq qaydalarını pozmaqda ittiham olunur. 
 
Bununla bağlı ali futbol qurumu FİFA-dan Rusiya Futbol İttifaqına rəsmi məktub ünvanlanıb.
 
Məktubda Obuxovdan 2013-cü ildə Rusiyanın gənclər yığmasının düşərgəsində olanda götürülmüş və neqativ çıxdığı deyilən dopinq testin əslində qadağan olunmuş "metandienon" maddəsinin izlərini daşıdığı vurğulanıb.
 
Obuxov 2020-ci ilin oktyabrından "Rostov"da çıxış edir. Hücumçu 2013-cü ildə Moskvanın "Spartak" klubunun əvəzedici komandasında forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest