19 Mart 2021, 00:17
DÖYÜŞ NÖVLƏRİ
Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Ukraynanın paytaxtı Kiyev şəhərinə yollanıb.
Matc.az xəbər verir ki, komandamız bu ölkədə Ukrayna millisi ilə birgə təlim-məşq toplanışında olacaq.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov heyətə 12 gənc taekvondoçunu cəlb edib. Belə ki, Kənan Əmiraslanov, Səyyad Dadaşov, Eltac Qafarov, Pünhan Mürsəlov, Nizami Hacıyev, Göydəniz Hüseynov, Fuad Təhməzov, Şamil Mirzəyev, Nicat Hacıyev, Xıdır Məmmədov, Vaqif Hacıyev və Nihad Həsənov millinin heyətində yer alıb.
Qeyd edək ki, gənclərdən ibarət millimiz artıq ikinci dəfədir təlim-məşqləri Ukrayna yığması ilə birgə keçirir. Hazırlıq prosesi 10 gün davam edəcək.