Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan "Böyük dəbilqə" turnirinə bu gün yekun vurulacaq. Matc.az xəbər verir ki, yarışların son günü daha 2 cüdoçumuz mübarizə aparıb. Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə + 100 kq çəkidə qüvvəsini sınayıb.

Kişilər

100 kq
1/32 final. Aslan Mirzəyev birinci sınağında  Reda Nafva (Qətər) üzərində qələbə qazansa da, 1/16 final mərhələsində özbəkistanlı idmançıya uduzub.

+100 kq
1/8 final. Uşangi Kokauri ilk görüşdə Cemal Erdoğanla qarşılaşıb və məğlub olub.

Qeyd edək ki, qonşu ölkəyə 11 cüdoçu ilə yollanan Azərbaycan yığmasının heyətində Kəramət Hüseynov (60 kq) və  Murad Fətiyev (81 kq) bürünc medal qazanıblar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest