04 Aprel 2021, 09:58
DÖYÜŞ NÖVLƏRİ
Aprelin 16-da Portuqaliyada start veriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdo yığmasının heyəti açıqlanıb. Matc.az xəbər verir ki, ölkəmiz Lissabonda təşkil olunacaq yarışa 13 idmançı ilə qatılacaq.
60 kq çəkidə iki həmyerlimiz - Davud Məmmədsoy və Kəramət Hüseynov mübarizə aparacaq. Orxan Səfərov 66 kq, Rüstəm Orucov 73 kq, Murad Fətiyev 81 kq, Məmmədəli Mehdiyev 90 kq çəki dərəcəsində qüvvəsini yoxlayacaq. 100 kq çəkidə də iki cüdoçumuz - Elmar Qasımov və Zelim Kotsoyev medal uğrunda yarışacaq. ölkəmizi ən ağır çəkidə yenə Uşangi Kokauri (+100 kq) təmsil edəcək.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədliyeva (52 kq) və İrina Kindzerska mübarizə aparacaq.