10 Aprel 2021, 12:40
FUTBOL
İtaliyanın “Yuventus” klubu müdafiəçisi Radu Draquşin ilə müqavilənin müddətini artırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
2018-ci ildən “Yuventus”da çıxış edən Radu, bu mövsüm Turin təmsilçisinin əsas komandasında 4 oyun keçirib. Draquşin Rumıniyanın gənclərdən ibarət yığmasında da çıxış edir.