"Mançester Yunayted" yaxşı komandadır. Amma oyun 90 dəqiqə davam edir, görək nə olacaq".

"Əgər öz futbolumuzu oynaya və "Mançester Yunayted" üçün oyunu bir qədər çətinləşdirə bilsək, onları təəccübləndirə bilərik".

Matc.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcəkləri ilk tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu komandasının ilk dəqiqələrdən öz oyununu sərgiləməyə çalışacağını bildirib:

"Bilirsiniz ki, çətin olacaq. "Mançester Yunayted" yaxşı komandadır. Amma oyun 90 dəqiqə davam edir, görək nə olacaq. Öz futbolumuzu oynamağa çalışacağıq. Bilirik ki, çətin olacaq.

"Baş məşqçimizin də dediyi kimi, indi Çempionlar Liqasındayıq. Daha əvvəl heç vaxt Avropa turnirlərində çıxış etməmişik. Amma oyunumuzu göstərmək üçün özümüzə çox inanırıq və bunu bütün dünyaya nümayiş etdirmək istəyirik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest