Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi Hakan Kutlu vəzifəsindən ayrılıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə gənc mütəxəssisin klub rəhbərliyindən istefasını istədiyi diqqətə çatdırılıb. Hakan Kutlu ilə klub rəhbərliyi arasında baş tutan görüşdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Baş məşqçi və köməkçilərinə xidmətlərinə görə təşəkkür edilib.
 
Qeyd edək ki, Hakan Kutlu bu ilin yanvar ayında “Dənizlispor”a baş məşqçi təyin olunmuşdu. 49 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanmışdı. O, 2009/10 mövsümündə də “Dənizlispor”da baş məşqçi işləmişdi.
 
“Dənizlispor” bu mövsüm Super Liqada keçirdiyi 33 oyunda cəmi 26 xal toplaya bilib və sonuncu pillədə qərarlaşıb. Komandanın elitanı tərk edəcəyi demək olar ki, şübhə doğurmur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest