Azərbaycan Premyer Liqasında 23-cü tur çərçivəsində "Neftçi" "Zirə"ni qəbul edib. "Ağ-qaralar" bu görüşdə rəqibin qapısından 4 cavabsız top keçiriblər. Matc.az xəbər verir ki, "Neftçi" çempionatın ikinci yarısında öz meydanında son dəfə "Zirə" ilə 2018/2019 mövsümünün yenə 23-cü turunda qarşılaşıb. Flaqman bu görüşdə də rəqibinə 4 qolla qalib gəlib.

İndiki və 2018/2019 mövsümünün bir ortaq cəhəti də ondan ibarətdir ki, həmin çempionatın son turu da "Neftçi" və "Qarabağ" komandalarının oyununa təsadüf edib. "Neftçi"nin ev sahibliyi ilə "Bakcell" Arenada keçirilən qarşılaşmada "Qarabağ" rəqibinə 3:2 hesabı ilə qalib gəlib və mövsümü çempion tamamlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest