Söhbət son mövsümü "Sumqayıt"da keçirən Elvin Bədəlovla Murad Xaçayevdən gedir. Hər iki mərkəz müdafiəçisi ilə bütün detallarda razılıq əldə olunub.

"Neftçi"də transfer çalışmaları aktiv sürətlə davam edir.

Matc.az xəbər verir ki, Bakı təmsilçisi Sessi D'Almeydanın ardınca 2 yerli futbolçunun keçidini həll edib.

Söhbət son mövsümü "Sumqayıt"da keçirən Elvin Bədəlovla Murad Xaçayevdən gedir. Hər iki mərkəz müdafiəçisi ilə bütün detallarda razılıq əldə olunub.

Onlar yeni mövsümdən yaxşı tanıdıqları baş məşqçi Samir Abasovun sərəncamında olacaqlar.

Adıçəkilən futbolçular dünən günün ikinci yarısında "kimyaçılar"ın düşərgəsinə baş çəkib, bütün kollektivlə sağollaşaraq klubla vidalaşıblar.

Qeyd edək ki, Murad Xaçayev son mövsümdə "Sumqayıt"ın heyətində Premyer Liqada 35 oyun (1 məhsuldar ötürmə), Elvin Bədəlov isə 33 matç (3 məhsuldar ötürmə) keçirib. Hər iki müdafiəçinin "gənclik şəhəri" təmsilçisi ilə müqavilə müddəti başa çatır. Həm 29 yaşlı Bədəlov, həm də 27 yaşlı Xaçayev 2019-cu ildən "kimyaçılar"ın formasını geyinib.

(Sportinfo.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest