"Əl-Nəsr"ın baş məşqçisi Stefano Pioli tezliklə "Fiorentina"nın baş məşqçisi olacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Bildirilir ki, iyulda italyan mütəxəssis vətəninə qayıdacaq və "bənövşələr"lə işləməyə başlayacaq. Onun klubdakı maaşı 3 milyon avro olacaq.

Qeyd edək ki, bundan öncə "Fiorentina"nı 2024-cü ilin iyunundan Raffaele Palladino çalışdırıb. Onun rəhbərliyi altında komanda ötən mövsüm A Seriyasında altıncı yeri tutub, Konfrans Liqasında isə yarımfinala yüksəlib.

Stefano Pioli isə İtaliyada ən son 2019-cu ilin oktyabrından 2024-cü ilin mayınadək "Milan"ın baş məşqçisi olub. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest