"Sabah" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra insident yaşanıb. Matc.az xəbər verir ki, oyun başa çatdıqdan sonra futbolçular və məşqçilər heyəti arasında mübahisə yaranıb. Futbolçular bir-birinə hücum çəkib. Sonradan onları sakitəşdirmək mümkün olub. Hadisənin dəqiq səbəbi bəlli deyil.
 
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Sabah"ın 3 futbolçusu oyunda qırmızı vərəqə ilə cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest