Futbol üzrə Azərbaycan Birinci Divizionunda 23-cü tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
 
Sonuncu oyun günündə lider "Neftçi"nin əvəzediciləri "Qaradağ Lökbatan"la səfər oyunundan inamlı qələbə ilə ayrılıb. Nəticədə sözügedən komanda zirvədəki mövqeyini daha da möhkəmləndirib.
 
Birinci Divizion
23-cü tur
26 aprel
 
Qaradağ Lökbatan – Neftçi-2 0:2
Qol: Famil Camalov, 47. İsmayıl Zülfüqarlı, 90+6.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Tərlan Talıbzadə, Səbuhi Bayramov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
 
Turun digər oyunları:
 
Zaqatala – Keşlə-2 1:2
Sabah-2 – Sumqayıt-2 2:1
Turan Tovuz – Kəpəz 0:0
MOİK – Qarabağ-2 0:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest