Türkiyənin "Kayserispor" komandasının yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Yalçın Koşukavak çalışdıracaq
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu gün Hamza Hamzaoğlu ilə yollarını ayıran klub, onu Koşukavakla əvəz etməyə qərar verib.
 
Xatırladaq ki, Hamza Hamzaoğlu cəmi bir ay öncə Kayseri təmsilçisinə baş məşqçi təyin olunmuşdu.
 
"Kayserispor" bu mövsüm Super Liqada keçirdiyi 35 oyunda 35 xal toplayıb və 21 kollektiv arasında 19-cu sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest